23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Spirtli içki və qəhvə 90 il yaşamağa kömək edəcək
Tarix: 14-10-2018 17:42 | Bölmə: Cəmiyyət
Spirtli içki və qəhvə 90 il yaşamağa kömək edəcək

Spirtli içki 90 il yaşamaq üsullarından biridir. Lakin alimlər müəyyənləşdiriblər ki, effektliyi üzrə idmanla mütəmadi məşğul olmaqdan da üstündür.

Reyting.az xarici mediaya istinadən bildirir ki, nevropatoloq Klodiya Kavas və tibb elmləri doktoru Mariya Korradanın rəhbərliyi ilə bir qrup həkim 15 il boyunca 90+ adı altında ahıl insanların hansı həyat tərzi keçirdiklərinin, vərdişlərinin və qidalanmalarının uzun ömür sürmələrinə necə kömək etdiyini aydınlaşdırmağa çalışıb.

Bəzi nəticələr çox gözlənilməz olub.

Spirtli içkidən əgər ağıllı istifadə edirsənsə, uzum ömür sürməyin əsl iksiri olduğu müəyyənləşdiriib. Gündə 2 qədəh pivə və şərab vaxtsız ölüm riskini 18 faiz azaldır, halbuki gündəlik idmanla 15-45 dəqiqə məşğul olmaq ömrün uzanmasına 11 faiz təsir göstərir.

Amerika elmin inkişafına yardım assosiasiyasının illik toplantısında Kavas bildirib ki, hələlik bu fenomenin səbəblərini izah edə bilməz.

Nə qədər qəribə olsa da, bir neçə kiloqram artıq çəki həmin şəxsin kötücəsini görmək şansını artırır. 70 yaşlı kiçik izafi çəkili insanların 90 illik yubileyinə qədər yaşamadan ölmək riski (söhbət piylənmədən getmir) qədd-qamətli həmyaşıdlarında 3 faiz azdır.

Kofe də uzun ömürlülüyün daha bir iksiridir. Gündə iki fincan ətirli içki qəbul etmək ölüm riskini 10 faiz azaldır.

Nəhayət, hobbi: Kiminsə qoca yaşlarında sevdiyi bir şey varsa və gündə 2 saat ona vaxt ayırırsa, digərlərindən 21 faiz çox uzun ömürlü olur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:54 Sabah yağış yağacaq
17-03-2024, 14:32 Sabah yağış yağacaq

{sape_links}{sape_article}