Azərbaycan turizm mövsümünə problemlə başlayır
Tarix: 15-06-2016 18:06 | Bölmə: Araşdırma / Slayd

 

 


Artıq ölkədə yay turizmi mövsümünə start verilib. Manatın devalvasiyasından sonra Azərbaycanda ciddi iqtisadi böhranın baş verməsinə baxmayaraq, turizm müəssisələri qiymətləri daha da artırıblar. Bu səbəbdən də ölkə əhalisinin əksəriyyəti yerli istiharət komplekslərindən yararlana bilmirlər, orta səviyyəli ailələr qonşu ölkələrdə istirahətə üstünlük verirlər. Bu isə ölkəmizdən valyuta axını ilə nəticələnir ki, hazırki iqtisadi böhran dönəmində mənfi haldır.

Real Hərəkatının icra katibi, tanınmış iqtisadçı Natiq Cəfərli "Reytinq"ə deyib ki, Azərbaycanın həm daxili, həm də xarici turizmlə bağlı ciddi problemləri var.

N.Cəfərlinin sözlərinə görə, xarici turizmlə bağlı dəfələrlə məsələ qaldırıblar. Vizaların ləğvi, təyyarə biletlərinin ucuzlaşdırılması, rəqabət mühiti yaradaraq, digər aviaşirkətlərin Azərbaycana daxil olması labüddür.

Daxili turizmdəki problemlərə gəlincə, iqtisadçı bildirib ki, yay mövsümündə - çox qısa müddətə işləyən obyektlərin istəyi 3-4 ay ərzində böyük vəsait qazanmaqdır: "Onlar istəyirlər, o qədər vəsait əldə etsinlər ki, bu, il boyu həm onları təmin etsin, həm də qoyduqları vəsaiti və xərcləri artıqlaması ilə çıxarsınlar. Bu da yanlış yanaşmadır və bahalaşmaya səbəb olur. Belən olan təqdirdə, vətəndaşlar Azərbaycan ərazisində yox, qonşu Gürcüstanda dincəlməyə üstünlük verirlər”.

N.Cəfərli bildirib ki, bu ilin ilk dövr ayının nəticələri göstərdi ki, Gürcüstana səfər edən xarici vətəndaşlar arasında azərbaycanlılar birinci yerdədir: "Nəzərə alsaq ki, ilin ilk 4 ayı turizm mövsümü deyil, yəqin ki, yay mövsümündə bu rəqəm daha da artacaq. Daxildə dincəlməyin bahalığının nəticəsi olaraq, həmin vəsaiti xaricə aparırlar".

"Azərbaycanda turizm sektoruna yanaşma səhvdir"

Ekspertin sözlərinə görə, ölkədən kənara valyuta axını ciddi məsələdir və burada daxili turizmin zəif olması əsas rol oynayır. N.Cəfərlinin fikrincə, əgər hər bir turist xaricə gedib bir həftə qalırsa, standartlara uyğun olaraq, minimum 500 dollar aparır. Yüz minlərlə turistin ölkədən çıxardığı pul isə olduqca böyük rəqəmdir.

Məlumat üçün bildirək ki, ötən il iki-üç ulduzlu hotellərin və istirahət komplekslərinin tikilməsi ilə bağlı məsələ gündəmə gəlmişdi. Yəni, maddi imkanları aşağı olan vətəndaşların da istirahət etməsi üçün daha az vəsait tələb edən obyektlərin olması zəruridir. Amma Azərbaycanda bu cür obyektlər demək olar ki, yoxdur.

N.Cəfərli hesab edir ki, Azərbaycanda turizm sektoruna yanaşma kökündən səhvdir. "Əvvəl Azərbaycanda o məqsəd oldu ki, ölkədə bahalı turizmə üstünlük veriləcək, ona görə də beşulduzlu otellər tikildi. Bu otellər böyük vəsaitlər hesabına başa gəldiyinə və marka dəyəri yüksək olduğuna görə, varlı müştəriləri cəlb etməyə başladılar. Bu isə 21-ci əsr turizm anlayışına daban-dabana ziddir. Müasir turist otelə pul xərcləmək istəmir, daha çox yer gəzmək istəyir. Səhər yeməyindən sonra oteldən çıxıb gecə saat 12-də, 1-də otelə yatmağa gələn turist başqa cür düşünür. Amma Azərbaycanda məhz bahalı otellərə üstünlük verildiyindən, bu, həm daxili, həm də xarici turizmdə problemlərə səbəb oldu.

Gürcüstana nəzər yetirsək görərik ki, son illər orda hostellərin açılması dəfələrlə artıb. Həm Tbilisi də, həm ölkənin müxtəlif yerlərində gecəsi 5-6 dollardan başlayan nömrələr var. Bu da müasir turist profilinə uyğundur. Təmiz yataq yeri, isti-soyuq suyu olan nömrə müasir turist üçün kifayət edir. Çünki turist hansısa bir ölkəyə səhərdən axmaşa qədər bahalı oteldə yatmağa gəlmir. Azərbaycanda yanaşma səhv olduğundan indiyə qədər bu problem həllini tapa bilmir",- deyə ekspert əlavə edib.

N.Cəfərlinin sözlərinə görə, iki-üç ulduzlu otellərin, hostellərin yaradılması üçün investisiya, insanlara uzunmüddətli və ucuz kreditlər vermək lazımdır. İqtisadçının fikrincə, Azərbaycanda bu vəziyyət acınacaqlıdır:

"Bildiyiniz kimi, ölkədə biznes kreditləri kifayət qədər bahadır. Ona görə də bu sahədə ciddi ağsaqlıqlar qeydə alınır. İri sahibkarlar, oliqarx-məmurlar isə hostelləri bəlkə də adlarına yaraşdırmırlar deyə, bu işi görmürlər. Ancaq Azərbaycanda daha ucuz istirahət məkanları, homehotellərə ehtiyac var.

İnsanlara şərait yaradılmalıdır ki, qazanc əldə etsinlər. Həmin insanlar uzun müddət vergilərdən azad olunmalıdır. Bu istiqamətdə təşviqlər olmasa, yaxın gələcəkdə, Azərbaycanda turizm sahəsində vəziyyət müsbətə doğru dəyişməyəcək".

Azərbaycanın əsas istirahət məkanları ilə bağlı araşdırmanın nəticələrini oxucularımızın diqqətinə çatdırırıq:

QAFQAZ RİVERSİDE RESORT HOTEL

Standart otaq - (2 nəfər üçün) - 125 azn

Junior suite (2 nəfər üçün) - 140 azn

Kotec 1+1 2 nəf. - 155 azn

Kotec 2+1 4 nəf. - 260 azn

Kotec 3+1 6 nəf. - 320 azn.

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə də daxildir. Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə - 20 AZN ödənil-məlidir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50 faiz endirim olunur.

QAFQAZ TUFANDAĞ HOTEL

Standardt otaq - (2 nəfər üçün) - 120 azn

Junior suite (2 nəfər üçün) - 160 azn

Family suite (4 nəfər) - 210 azn.

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet, sağlamlıq mərkəzindən, ka-nat xəttindən istifadə daxildir.

Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) 25 AZNödənilməlidir.

Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50 faiz endirim olunur.

QAFQAZ SPORT RESORT HOTEL

Standart otaq - (2 nəfər üçün) - 86 azn

Junior suite (2 nəfər üçün) - 116 azn

1 otaqlı Kotec (2 nəf.) - 126 azn

2 otaqlı Kotec (4 nəf.) - 202 azn

3 otaqlı Kotec (6 nəf.) - 258 azn.

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir. Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə - 20 AZN ödənilməli-dir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50 faiz endirim var.

QAFQAZ RESORT HOTEL

Standart otaq - (2 nəfər üçün) - 89 azn

Junior suite (2 nəfər üçün) - 109 azn

Family Suite (4 nəfər) - 142 azn

Kotec 2 + 1 (4 nəfər) - 195 azn

Kotec 3 + 1 (6 nəf.) - 255 azn.

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir. Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə - 20 AZN ödənilməli-dir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50 faiz endirim var.

QAFQAZ KARVANSARAY HOTEL

Standardt otaq - (2 nəfər üçün) - 86 azn

Junior suite (2 nəfər üçün) - 106 azn

Suite otaq (2 nəfər üçün) - 260 azn.

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir. Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə - 20 AZNödənilməli-dir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50 faiz endirim olur.

QAFQAZ THERMAL & SPA RESORT HOTEL

Standart otaq (2 nəfər üçün) - 76 azn

Junior Suite (2 nəfər üçün) - 111 azn.

Yuxarıda qeyd olunan otaq qiymətlərinə açıq bufet səhər yeməyi, internet və sağlamlıq mərkəzindən istifadə daxildir. Otaqda üçüncü şəxsin qalacağı təqdirdə (otaq və qəlyanaltı) əlavə - 15 AZN ödənilməli-dir. Uşaqlara 7 yaşına qədər pulsuz, 7 yaşından 12 yaşına qədər 50 faiz endirim olur.

QUBA RİXOS

Deluxe Standart Mountain View (2 nəf.) - 99 azn

Deluxe Standart Lake View ( 2 nəf.) - 119 azn

Junior Suite (2 nəf.) - 149 azn

Honeymoon Suite (2 nəf.) - 169 azn

Family Suite (4 nəf.) - 199 azn

Manna Villa (2 nəf.) - 199 azn

Midiya Villa (6 nəf.) - 599 azn

Urmiya Villa (8 nəf.) - 799 azn

Atropatena Villa (8 nəf.) - 849 azn.

Yuxarıda qeyd edilən qiymətlər erkən rezervasiya şərtlərinə əsasən may ayının 15-nə kimi bron edilən və ödənilən rezervasiyalar üçün qüvvədədir. Yəni, əvvəlcədən tədarük görməyənlər yuxarıdakı qiy-mətlərdən yararlana bilməyəcəklər.

1 May tarixindən etibarən qüvvədə olan qiymət:

Deluxe Standart Mountain View (2 nəf.) - 119 azn

Əlavə qonaqlar üçün ödəniş:

Körpə: 0 - 6 yaş - pulsuz

Uşaq: 6 - 12 yaş: - 20 AZN

3-cü böyük (12 yaş və daha böyük): - 30 AZN

ŞAMAXI PALACE

Deluxe King/Twin

(bağa baxan, BB) - 99 AZN

Deluxe King/Twin

(bağa baxan, HB) - 148 AZN

BB - səhər yeməyi ilə.

HB - səhər və axşam yeməyi ilə.

Qeyd edilən qiymətlər endirim kampaniyası çərçivəsində Mayın 15-dək edilən qaytarılmayan rezervasi-yalar üçün keçərlidir.

QAŞALTI SANATORİYASI

May - İyun ayları üçün gündəlik və həftəlik qiymətlər: Standard king/twin - SNG - 92 azn, DBL - 130 azn / SNG - 640 azn, DBL - 920 azn

Deluxe Twin - SNG - 124 azn, DBL - 175 azn / SNG - 855 azn, DBL - 1230 azn

Junior suite - SNG - 145 azn, DBL - 204 azn / SNG - 1000 azn, DBL - 1420 azn

Deluxe suite - SNG - 185 azn, DBL - 265 azn / SNG - 1285 azn, DBL - 1850 azn

İyul - Avqust ayları üçün gündəlik və həftəlik qiymətlər: Standard king/twin - SNG - 110 azn, DBL - 140 azn / SNG - 770 azn, DBL - 990 azn

Deluxe Twin - SNG - 145 azn, DBL - 189 azn / SNG - 1020 azn, DBL - 1320 azn

Junior suite - SNG - 174 azn, DBL - 220 azn / SNG - 1200 azn, DBL - 1550 azn

Deluxe suite - SNG - 230 azn, DBL - 290 azn / SNG - 1600 azn, DBL - 2050 azn

QALAALTI HOTEL & SPA

Superior - (1 nəfərlik) - 92 azn

Superior - (2 nəfərlik) - 137 azn

Junior suite - (1 nəfərlik) - 147 azn

Junior suite - (2 nəfərlik) - 213 azn

Family suite - (1 nəfərlik) - 259 azn

Family suite - (2nəfərlik) - 281 azn

Əlavə 3-cü şəxs üçün ödəniş - 40 azn

EL RESORT

1 - 31 May tarixləri qüvvədə olan qiymətlər:

Single otaq - 98 azn

Standart otaq - 108 azn

Junior suite - 138 azn

Family Suite - 166 azn

Sultan Suite - 216 azn

01.06.2016-cı il tarixindən qüvvədə olan qiymətlər:

Single otaq - 128 azn

Standart otaq - 138 azn

Junior suite - 158 azn

Family Suite - 196 azn

Sultan Suite - 256 azn

Yuxarıda göstərilən qiymətlərə 2 nəfərlik səhər yeməyi və 4 yaşdan aşağı bir uşaq üçün əlavə çarpayı götürülmədən pulsuz qalış daxildir. Gün ərzində üç dəfə qidalanmaq üçün ( nahar və şam yeməyi üçün) ödəniş hər nəfər üçün bir günə 21 AZN-dir.

Turistlər üçün vizalar sadələşdirilsin!

Turizm üzrə ekspert Xəyal Məmmədxanlı "Reytinq"ə açıqlamasında turizm sektorunun inkişaf etdirilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, Azərbaycanı cazibədar turizm məkanına çevirmək üçün bir neçə ciddi məsələlər öz həllini tapmalıdır: "Bunların başında qiymət gəlir. Bir çoxları devalvasiyadan sonra otellərin və xidmətlərin qiymətinin artmamasını və qiymətlərin dollar ifadəsində ucuzlaşaraq cəzbedici olduğunu söyləyirlər. Mən isə düşünürəm ki, bu, düzgün müqayisə deyil. Xüsusilə də bir çox yerli turistlər üçün qiymətlər və gözəl istirahət əlçatmaz arzu olaraq qalmaqdadır. Bu məsələnin həlli üçün yeni dövrdə 4-5 ulduzlu yox, daha aşağı ulduzlu otellərin və ya hostellərin, qonaq evlərinin yaradılması daha gözəl olardı.

İkinci məsələ, istirahət bölgələrimizdə məşğuliyyət və fəaliyyətlərin məhdudluğudur. İnsanlar istirahət zamanı "yemək-yatmaq"dan əlavə maraqlı məşğuliyyətlərə (atçılıq, dağçılıq, motogəzintilər və s.) başlarını qata bilməlidirlər.

Üçüncü ciddi problem hələ də xidmət olaraq qalmaqdadır. Təəssüflər olsun ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Məncə bu istiqamətdə daha çox iş aparmaq lazımdır, xüsusi peşə məktəbləri və akademiyaları yaradılmalı və onlarda ixtisaslı kadrlar yetişdirilməli, onlara beynəlxalq turizm və qonaqpərvərlik vərdişləri formalaşdırılmalıdır.

Beşinci məsələ isə daha çox xarici turistlərin qarşılaşdığı viza problemləridir, hələ də Azərbaycana vizasız və ya sadələşdirilmiş viza ilə gələn ölkələrin sayı çox azdır. Əksər turistlər viza məsələsindən çəkinirlər, bu istiqamətə xüsusi diqqət ayırmaq lazımdır".

Kənd turizmində görüləcək işlər çoxdur

Ekspert bildirib ki, hazırda dünyanın bir sıra ölkələrində, xüsusilə də iqtisadiyyatında neftin xüsusi çəkisi yüksək olan ölkələrdə iqtisadi böhran yaşanmaqdadır. Onun qənaətincə, Azərbaycanda müxtəlif səviyyələrdə böhrandan çıxış və böhranın nəticələrinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməkdədir:

"Azərbaycan istər coğrafi, istər geosiyasi, istərsə də strateji baxımdan çox əhəmiyyətli bölgədə yerləşir. Xüsusilə də iqlim rəngarəngliyini nəzərə alsaq, ölkəmizin ərazisində ilin 4 fəslində də turistləri cəlb edəcək gözəlliklər və potensial mövcuddur. Bütün bölgələrimizdə olmasa da, əsas turizm potensiallı rayonlarımızda son illər ciddi infrastruktur formalaşıb. İstər mehmanxanalar, istər restoranlar, istərsə də əyləncə məkanları turistləri razı sala biləcək səviyyədədir”.

X.Məmmədxanlı bildirib ki, əvvəllər turistlər üçün əsasən yay turizmi və sağlamlıq turizmi ön sırada gəlirdisə, bu gün bu nisbətdə qış turizminin də payı artmaqdadır:

"Qurulan mükəmməl infrastruktur bu sahədə də ölkəmizi regionun pionerlərindən birinə çevirməkdədir. Kənd turizmində isə hələ görüləcək işlər çoxdur. Xüsusilə də qastronomik turizmə və tarixi turizmə diqqət artırılmalıdır".
Reyting.az



1005 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər