Polis və təhlükəsizlik əməkdaşları azərbaycanlı iş adamını narkotiklə şantaj ediblər - Fotolar
Tarix: 02-10-2018 16:30 | Bölmə: Cəmiyyət
Polis və təhlükəsizlik əməkdaşları azərbaycanlı iş adamını narkotiklə şantaj ediblər

Moskvada azərbaycanlı iş adamını narkotiklə şantaj edib ondan pul alan Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı və polisə qarşı araşdırma başa çatıb.

Reyting.az
xəbər verir ki, iş üzrə material məhkəməyə göndərilib.

İstintaqla müəyyən edilib ki, güc strukturlarının qurbanı “Sadovod” bazarında ticarət nöqtəsi olan Azərbaycan vətəndaşı Yusif Xalilaevdir. Onu nişan verən rəqibi və həmyerlisi Rəşad Əsədovdur.

O, Federal Təhlükəsizlik Xidmətinin Moskva üzrə idarəsinin müvəkkili olan tanışı Pyotr Koryuqinə Yusifin dəbdəbəli həyat sürdüyü söyləyərək, təhlükəsizlik əməkdaşına bundan istifadə etməklə pul qazanmağı təklif edib.

Polis və təhlükəsizlik əməkdaşları azərbaycanlı iş adamını narkotiklə şantaj ediblər

Koryuqin razılaşıb və “işə” daha iki polisi – Daxili İşlər Nazirliyinin Lyublino rayonu üzrə cinayət-axtarış şöbəsinin rəisi kapitan Pavel Filatovu və onun tabeliyindəki böyük leytenant Pavel Drozdovu da cəlb edib. Onlar birlikdə tanışları Yanina Jelyabovskini biznesmeni narkotiklə şantaj etməyə öyrədiblər. Qız razılaşıb və kiçik paketdə olan qadağan edilmiş maddəni Xalilaev onu maşınında evə aparanda oturacağın altına yerləşdirib.

Polislər bundan sonra Yusifi saxlayaraq şöbəyə gətiriblər, orada cinayət işi qaldırılmaması üçün 2 milyon rubl ödəməsi ilə bağlı biznesmenlə razılığa gəliblər. İş adamı 500 min rubl girov qoyaraq qalan məbləği sonra gətirəcəyinə söz verib. Onu buraxıblar və dərhal öz təhlükəsizliyi üçün Daxili İşlər Nazirliyinin Moskva üzrə idarəsinə müraciət edib.

Polis və təhlükəsizlik əməkdaşları azərbaycanlı iş adamını narkotiklə şantaj ediblər

Nəticədə bu ilin avqust ayında qalan məbləğin güc strukturlarının əməkdaşlarına verilməsi zamanı Koryuqindən başqa bu işdə adı keçənlərin hamısı saxlanılıb. Koryuqin də sonradan yaxalanıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}