Yüksək vəzifəli məmurun atası özünü asıb
Tarix: 03-10-2018 17:41 | Bölmə: Cəmiyyət
Yüksək vəzifəli məmurun atası özünü asıb

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atası intihar edib.

Reyting.az
Ermənistan mediasına istinadən bildirir ki, hadisə Qarabağda baş verib.

Polisdən verilən məlumata görə, oktyabrın 2-də saat 23:45-də Xocavənd rayon sakini 35 yaşlı M.Q. telefonla şəhər ətrafındakı ərazidə 66 yaşlı V.Q.nin asılmış meytini aşkar etdiyini bildirib.

Yüksək vəzifəli məmurun atası özünü asıb
A. Qriqoryan

Hadisə yerinə gələn əməliyyatçılar V.Q.nin tut ağacından özünü asaraq intihar etdiyini müəyyənləşdiriblər.

KİV-dəki məlumata görə, intihar edən V.Q. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın atasıdır.

Təhlükəsizlik Şurasının mətbuat xidməti Qriqoryanın atasının öldüyünü təsdiqləsə də, səbəbini şərh etməyiblər.




Bölməyə aid digər xəbərlər
21-10-2018, 15:43 Sabah yağış yağacaq
17-10-2018, 12:41 Sabahın hava proqnozu
16-10-2018, 12:57 Sabah yağış yağacaq