Qadın liftin şaxtasına düşüb öldü
Tarix: 04-10-2018 19:30 | Bölmə: Cəmiyyət
Qadın liftin şaxtasına düşüb öldü

Bakıda liftin şaxtasından meyit tapılıb.

Reyting.az Fövqəladə Hallar Nazirliyin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının liftinin şaxtasından 44 yaşlı Mahirə Yusifovanın meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qadının meyitini şaxtadan çıxararaq təhvil veriblər.

Mahirə Yusifovanın liftin şaxtasına hansı şəraitdə düşməsi hələ ki məlum deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}