Almaniyanın keçmiş kansleri beşinci dəfə evlənir: Putin toya getmədi
Tarix: 05-10-2018 00:19 | Bölmə: Cəmiyyət
Almaniyanın keçmiş kansleri beşinci dəfə evlənir: Putin toya getmədi

Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmişkansleri Qerhard Şrederin toyuna getməyəcək.

Reyting.az bildirir ki, bu barədə dövlət başçısının çətbuat katibi Dmitri Peskov məlumat verib.

Şrederin və Koreya vətəndaşı Kim So Enin nikah mərasimi oktyabrın 5-də Almaniyada keçiriləcək.

Bundan əvvəl KİV-də cütülüyün Cənubi Koreyada evləndiyi xəbəri yayılıb.

Bu 74 yaşlı kansler üçün artıq beşinci nikahdır.

Putinin nikag mərasimində iştirak edəcəyi ilə bağlı məlumatı Almaniyanın “Bild” qəzeti yayıb.

Rusiyanın lideri Şrederlə çoxdan dostluq edir. Onlar birlikdə hamama gedib və pivə içiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
21-10-2018, 15:43 Sabah yağış yağacaq
17-10-2018, 12:41 Sabahın hava proqnozu
16-10-2018, 12:57 Sabah yağış yağacaq