14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Bakıda yeni doğulan uşaq satılıb
Tarix: 05-10-2018 11:26 | Bölmə: Cəmiyyət
Bakıda yeni doğulan uşaq satılıb

İki ay əvvəl Xaçmaz şəhər sakini M.Z. polisə müraciət edərək 21 yaşlı oğlu Q.-nın qeyri-rəsmi nikah münasibətində olduğu Bakı şəhər sakini 22 yaşlı L.H.-nın (qadın) 2017-ci ilin oktyabr ayında yaşadıqları evdən çıxaraq itkin düşdüyünü bildirib.

Reyting.az “Report”a istinadən bildirir ki, polis əməkdaşları L.H-nı Abşeron rayonu ərazisində tapıblar.

Məlum olub ki, L.H. qeyri-rəsmi nikahda olduğu Q. ilə mübahisə edərək evdən çıxıb və Bakıda yaşayan bacısı G.-nın yanına gəlib. Bu ilin avqustunda isə o, paytaxtdakı xəstəxanaların birində qız uşağı dünyaya gətirib.

On gün sonra G. bacısı L.H-nın körpəsini Gəncə şəhər sakini olan 35 yaşlı qadına 350 manata satıb.

Fakt üzrə araşdırma davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}