16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Gürcüstandakı Amerika laboratoriyasında 73 nəfər ölüb
Tarix: 05-10-2018 12:17 | Bölmə: Cəmiyyət
Gürcüstandakı Amerika laboratoriyasında 73 nəfər ölüb

Gürcüstanın keçmiş dövlət təhlükəsizlik naziri, ölkədən qaçan İqor Qiorqadze ABŞ-ı amerikalıların Tbilisi yaxınlığında tikdikləri Riçard Luqar adına ictimai sağlamlıq mərkəzinin gizli laboratoriyasında insanlar üzərində qeyri-insani təcrübə aparmaqda günahlandırıb.

Reyting.az xəbər verir ki, söhbət həm də könüllülər üzərində ölümlə nəticələnən hansısa kimyəvi sınaqlardan gedirdi.

Rusiyanın Müdafiə Nazirliyi Qiorqadzenin informasiyasını ciddi araşdırmağı vəd etmişdi. Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimya və bioloji müdafiə ordusunun rəisi general-mayor İqor Kirillov analizin həqiqətən də ciddi təəssürat yaradacaq nəticələrini təqdim edib.

Təcrübələrin qurbanı

Gürcüstanın keçmiş dövlət təhlükəsizlik nazirinin açıqladığı sənədlərə görə, Luqar mərkəzində Gürcüstan vətəndaşları üzərində ABŞ-ın “Qilead Sayensiz” firmasının (əsas səhmdarlarından biri ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfelddir) preparatı təcrübədən keçirilib. Təcrübələr faciəli şəkildə başa çatıb – 2015-ci ilin dekabr ayında 24 nəfər ölüb.

Lakin ölümcül təhlükəli tədqiqatları dayandırmaq əvəzinə onlar davam etdirilib. Özü də xəstələrin istəyinə rəğmən. Bu daha 49 nəfərin ölümünə gətirib çıxarıb.

Bu mərkəz özündə nəyi təqdim edir? O, Gürcüstanda 2011-ci ildən fəaliyyət göstərir. 2018-ci ildə ətraf ərazidə səkkizmərtəbəli adminstrativ-laboratoriya korpusu tikilib. Yeni binanın iki mərtəbəsi tamamilə ABŞ-ın quru qoşunlarının dəstəsi üçün ayrılıb, eləcə də xüsusi təhlükəli infeksiyalara yoluxdurulan pasiyentlərlə işləmək üçün ayrıca zona mövcuddur.

Bununla yanaşı, Gürcüstan hakimiyyətinin Amerika sənədlərinə heç bir çıxışı, hətta ABŞ-dan olan mütəxəssislərin orada nə işlə məşğul olduqları barədə ümumi təsəvvürləri yoxdur. Bir sözlə, Amerikanın mərkəzdə işləyən hərbi biloqlarının diplomatik toxunulmazlığı var.

İqor Kirillovun fikrincə, dərc edilən materiallar imkan verir ki, Rusiyanın cənubundakı bioloji vəziyyətə nəzər salınsın.

“Gəlin 2007-2008-ci illərdə Gürcüstandan Rusiya ərazisinə, Avropa ölkələrinə və Çinə yayılan Afrika donuz taununa diqqət yetirək. Həlak olan heyvan nümunələrində Afrika donuz taunu virusunun – Gürcüstanda 2007-ci ildə olduğu kimi eyni ştammları aşkarlanıb. Rusiya kənd təsərrüfatı nəzarət orqanının məlumatına görə, yalnız Rusiyanın müəssisələrinə bu xəstəlikdən birbaşa ziyan 5 milyard rubldan olub, dolayı yollarla zərər isə 50 milyard rublu keçib”, - İqor Kirillov vurğulayıb.

Müdafiə Nazirliyi işarə edir ki, Gürcüstandakı laboratoriyanın əməkdaşlarının virusun yayılmasında əli ola bilərdi.

Gürcüstandakı Amerika laboratoriyasında 73 nəfər ölüb

Açıqlanan sənədlər arasında zəhərli həşəratların havada yayılması üçün pilotsuz uçan aparatın maraqlı patenti də var. Patentin təsvirində göstərilib ki, bu qurğu vasitəsilə “ABŞ hərbçiləri üçün risk olmadan düşmənin qoşunu məhv edilər, yaxud sıradan çıxarıla bilər”.

Digər patentlərdə müxtəlif tipli sursat gətirilməsi üçün kimyəvi və bioloji resepturalar göstərilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}