12:32 / 15-10-2018
Prezident Lənkərana gedib
08:53 / 15-10-2018
Yenidoğulmuşun şikayəti
Liftdəki ölümə görə vəzifəli şəxs saxlanıldı
Tarix: 05-10-2018 17:15 | Bölmə: Cəmiyyət
Liftdəki ölümə görə vəzifəli şəxs saxlanıldı

Oktyabrın 4-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında liftin 9-cu mərtəbədə qırılaraq şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Reyting.az-a Bakı şəhər Prokurorluğundan verilən məlumata görə, Mahirə Yusifova cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən şaxtanı təmizləyibr

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilmişdir.

Soltanməcid Əzizov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər