18 yeniyetmə Çin ətirindən zəhərlənib
Tarix: 05-10-2018 19:57 | Bölmə: Cəmiyyət
18 yeniyetmə Çin ətirindən zəhərlənib

Tatarıstanda yeniyetmələr naməlum maddədən zəhərlənib.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, Arsk rayonunda zəhərlənən 18 nəfər xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

İstintaq komitəsi artıq cinayət işi qaldırıb. İlkin məlumata görə, Tukaya adına Arsk pedaqoji kollecinin tələbələri onlardan birinin dərs kabinetində naməlum mənşəli ətir səpməsindən sonra özlərini pis hiss ediblər.

Təsdiq olunmayan məlumata görə, tələbə qız ətiri AliExpress onlayn-mağazasından alıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}