07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Birinci ledi filin altında qalmaqdan xilas edildi
Tarix: 05-10-2018 21:03 | Bölmə: Cəmiyyət
Birinci ledi filin altında qalmaqdan xilas edildi

ABŞ-ın birinci ledisi Melania Trampın Afrika səfəri davam edir.

Reyting.az xəbər verir ki, Melania Tramp bu səfərində də yaşadığı bəxtsizliklə gündəm olub.

Birinci xanımın Keniyanın paytaxtı Nayrobi yaxınlığındakı bir milli parka iki günlük səfəri başlayıb.

Parkda avtomobillə ə gəzərkən David Sheldrick Fil Yetimxanasında heyvanları görüb.

Bala fillərdən birini oxşamaq üçün yaxınlaşıb, ancaq heyvanın hərəkət etməsilə tarazlığını itirib.

Birinci ledi filin altında qalmaqdan xilas edildi

Birinci xanım, üzündə qorxu dolu bir ifadə ilə fili uzağa itələməyə çalışıb.

Ancaq vəhşi aləmin əməkdaşları və Trampın mühafizəçiləri heyvanı sakitləşdiriblər.

Birinci xanım hadisədən sonra bala filləri südlə bəsləyib.

CNN İnternationalın Ağ Ev müxbiri Kate Bennett isə Trampın Afrika turu ilə əlaqədar olaraq "İki ildir birinci ledini təqib edirəm, bala fillərlə onu heç bu qədər xoşbəxt və şən görməmişdim" deyib.

Melania Tramp Afrika səyahətinə sabah da davam edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}