Müəllim tələbəni ölüm həddinə çatdırıb
Tarix: 05-10-2018 23:20 | Bölmə: Cəmiyyət
Müəllim tələbəni ölüm həddinə çatdırıb

Rostov vilayətinin Şaxta şəhərindəki “Don-Teks” kollecində Qor soyadlı 18 yaşlı tələbə ölüb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, gənc dərsə gecikib, müəllim isə onu uzanaraq qolları üstdə qalxıb-enməyə məcbur edib.

Bundan sonra bir müddət keçib, Qor parta arxasında oturub və birdən döşəməyə yıxılıb.

Kollecə “təcili yardım” gələndə gənc artıq nəfəs almayıb.

İlkin versiyaya görə, trombu partlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}