Haitidə güclü zəlzələ olub - Ölənlər var
Tarix: 07-10-2018 15:58 | Bölmə: Cəmiyyət
Haitidə güclü zəlzələ olub

Oktyabrın 7-də Haiti sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Reyting.az-ın məlumatına görə, nəticədə 11 nəfər ölüb.

Təbii fəlakət nəticəsində binaların çoxunun dağılmasına görə ölənlərin sayının artacağı istisna olunmur. Çox sayda adamın dağıntılar altında qaldığı bildirilir.

Qeyd edilir ki, bu zəlzələ regionda son 8 ildə ən güclülərdən biridir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}