Türkiyədə səudiyyəli jurnalistin qətli: Qanlı hadisənin təfərrüatları məlumdur
Tarix: 10-10-2018 18:06 | Bölmə: Cəmiyyət
Türkiyədə səudiyyəli jurnalistin qətli: Qanlı hadisənin təfərrüatları məlumdur

Bir həftədən çoxdur Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxan Al Arab News kanalının direktoru və “Vashington Post” qəzetinin müxbiri Camal Qaşıqçının ehtimal olunan qatilləri təhlükəsizlik kameralarında videoya düşüblər.

Reyting.az xəbər verir ki, Türkiyənin kütləvi informasiya vasitələri 15 kişinin videoyazısını yayıblar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onları artıq Qaşıqçının “ölüm qrupu” elan edib.

Bəzi nəşrlər iddia edir ki, həmin şəxslər Səuddiyyə Ərəbistanı təhlükəsizlik xidmətinin elit dəstəsinin xidmətçiləridir.

Türkiyədə səudiyyəli jurnalistin qətli: Qanlı hadisənin təfərrüatları məlumdur

Jurnalistlərin digər iddiasına görə, müxalif jurnalist Səuddiyyə Ərəbistanının konsulluğundan zorla qara rəngli avtomobillə konsulun evinə aparılıb.

Onun burada öldürüldüyü, sonra bədənini parçalayıblar.

Ər-Riyad isə bütün ittihamları təkzib edir. Səuddiyyə paytaxtında iddia edirlər ki, Qaşıqçı diplomatik nümayəndəliyi sərbəst tərk edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}