Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
Tarix: 11-10-2018 13:46 | Bölmə: Cəmiyyət
Hava şəraiti dəyişəcək

Oktyabrın 12-dən 13-ü səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 2-4 dərəcə aşağı enəcək.

Oktyabrın 12-si səhər şimal rayonlarından başlayaraq 14-ü gündüzədək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın hərarəti ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
21-10-2018, 15:43 Sabah yağış yağacaq
17-10-2018, 12:41 Sabahın hava proqnozu
16-10-2018, 12:57 Sabah yağış yağacaq