16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Bakıda restoran sahibləri cərimələnib - Səbəb
Tarix: 11-10-2018 16:28 | Bölmə: Cəmiyyət
Bakıda restoran sahibləri cərimələnib

Təmizləyici qurğuları olmayan bəzi restoranların sahibləri cərimə olunub.

Reyting.az bildirir ki, bu haqda oktyabrın 10-da keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit üzrə milli monitorinq departamentinin direktoru Ramal Bağırov məlumat verib.

Onun sözlərinə görə, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır: "Bunun nəticəsində hava çirklənir, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər dəyir, insanlarda diskomfort yaranır və əhalinin haqlı narazılığına səbəb olur.

Əhalidən nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında bu ilin may ayından indiyədək Bakı şəhərinin inzibati rayonları və Abşeron rayonu ərazilərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərindən 217-nin ətraf ərazilərində monitorinq və araşdırma aparılıb. May ayında aparılan araşdırmalar zamanı şəhərin mərkəzində fəaliyyət göstərən dünya markalı iaşə müəssisələrindən başqa yalnız bir şadlıq sarayında belə qurğunun olduğu müəyyən edilib. Tərəfimizdən müasir standartlara cavab verən təmizləyici qurğuları olmayan ictimai iaşə obyektləri və şadlıq evlərinə xəbərdarlıq məktubları göndərilib, onlarla görüşlər keçirilib və qurğuların quraşdırılması məqsədilə vaxt verilib".

Direktorun sözlərinə görə, müəyyən edilən müddətdə 217 iaşə obyektindən yalnız 25-də qurğu quraşdırılıb, digər obyektlər isə qurğu quraşdırılması üçün şirkətlərlə müqavilə bağlayıb, hazırda quraşdırma işləri davam etdirilir: "Tövsiyə və göstərişlərə əməl etməyən 63 obyekt barəsində sənədləşmə aparılıb, 7 obyekt sahibi vəzifəli şəxs qismində 23 min manat cərimələnib, 11 obyektin hüquqi şəxs qismində cərimə olunması üçün toplanan sənədlər məhkəməyə göndərilib, digər iaşə müəssisələri barəsində isə sənədləşmə işləri aparılır. Eyni zamanda, son xəbərdarlıqlara əməl etməyən obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı nazirlik müvafiq qurumlar qarşısında vəsatət qaldıracaq”.

Ramal Bağırovun sözlərinə görə, Binəqədi, Nərimanov və Səbail rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində qurğuların quraşdırılması istiqamətində görülən işlər daha intensiv aparılsa da, Suraxanı, Xəzər və Xətai rayonları ərazilərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində, demək olar ki, heç bir iş görülməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}