17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq - Səbəb
Tarix: 11-10-2018 19:55 | Bölmə: Cəmiyyət
Yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq

1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 azalıb.

Reyting.az-ın xəbərinə görə, bunu Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu bəyan edib.

Onun fikrincə, 2011-ci ildən başlayaraq ölkəmizdə əhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci ildə əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə 114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər olub.

Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq.

Yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq

Bu İlin əvvəlindən ölkə əhalisinin sayı 52427 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 950 min 512 nəfərə çatmışdır, bu gedişlə əhalinin sayı 2019-cu ilin ortalarında 10 milyona çatacaq. Yeri gəlmişkən, ötən il əhalinin təbii artım tempi 0,9 faiz olduğu halda bu ilin 9 ayında müvafiq göstərici 0,5 faizə düşüb.

Görünür ki, əhalinin təbii artımındakı enişin başlıca səbəbi ölkədə 2015-c ildən başlayaraq boşananların, qız uşaqlarına görə abortların sayının artması, yaşam şərtlərinin pisləşməsinə baxmayaraq dövlətin uşaqlara qayğısının azalması, ölənlərin sayının artması və ölümün cavanlaşması, eləcə də xaricə miqrasiyanın çoxalmasıdır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}