15:43 / 21-10-2018
Sabah yağış yağacaq
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Tarix: 12-10-2018 13:59 | Bölmə: Cəmiyyət
Sabah Bakıda və rayonlarda yağış yağacaq

Oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var .

Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın hərarətinin Abşeron yarımadasında gecə 13-15, gündüz 16-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var.

Gündüz yağış fasilə ilə yağacaq. Qərb küləyi əsəcək, gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.

Havanın hərarəti gecə 11-16, gündüz 17-22, dağlarda gecə 4-9, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Bu gün, 15:43 Sabah yağış yağacaq
17-10-2018, 12:41 Sabahın hava proqnozu
16-10-2018, 12:57 Sabah yağış yağacaq