16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Son 100 ilin ən şiddətli qasırğası silib süpürdü - Fotolar
Tarix: 13-10-2018 14:56 | Bölmə: Cəmiyyət
Son 100 ilin ən şiddətli qasırğası silib süpürdü

CNN İnternational “Maykl” qasırğasının dəhşətlərini gözlər önünə sərib.

Reyting.az-ın xəbərinə görə, ABŞ-ın Florida ştatındakı Mexiko Beacdə havadan çəkilən fotoşəkillər, görən hər kəsi təəccübləndirib.

Fotoşəkillərdə, həmin yerlərin fəlakət öncəsi və sonrası vəziyyət yer alır.

Son 100 ilin ən şiddətli qasırğası silib süpürdü

Ölkənin cənub-şərqində təsirli olaraq tropik fırtınaya çevrilən qasırğa nəticəsində ABŞ-ın 4 ştatında ən azı 18 nəfər həyatını itirib.

Virciniya, Florida, Şimali Karolina və Corciya ştatında 2 mindən çox adamın itkin olduğu bildirilir.

Kaliforniya mərkəzli məlumat təhlil firması Corelogic, “Maykl” qasırğasının vurduğu zərərin 4,5 milyard dollara çatacağını açıqlayıb.

Son 100 ilin ən şiddətli qasırğası silib süpürdü

Floridanın son 100 ildə gördüyü ən şiddətli qasırğa olduğu bildirilən “Maykl”ın, 1992-ci ildəki Andrevden sonra ABŞ-ı qurudan vuran ən şiddətli qasırğa olduğu iddia edilir.

Son 100 ilin ən şiddətli qasırğası silib süpürdü

Qasırğanın təsirlərinin ilk olaraq görüldüyü Orta Amerika ölkələri Honduras, Nikaraqua və Salvadorda ümumilikdə 13 nəfər həyatını itirmişdi.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}