07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Sabah güclü külək gözlənilir - Proqnoz
Tarix: 14-10-2018 16:46 | Bölmə: Cəmiyyət
Sabah güclü külək gözlənilir

Oktyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın hərarəti gecə 13-15°, gündüz 18-21° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin axşama doğru bəzi ərazilərdə şimşək çaxacağı ehtimal edilir.

Havanın hərarətinin gecə 7-12°, gündüz 21-26° isti təşkil edəcəyi proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın hərarəti gecə 3-8°, gündüz 10-15° isti təşkil edəcək.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının hava əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman-çiskin olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın hərarəti gecə 10-15°, gündüz 17-21° isti təşkil edəcək.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın hərarətinin gecə 7-12°, gündüz 14-19° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonların hava əsasən yağmursuz olacaq. Lakin səhər və gündüz bəzi yerlərində yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın hərarəti gecə 10-15°, gündüz 18-23° isti təşkil edəcək.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 13-15°, gündüz 17-20° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-16° isti təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}