Rusiyada prezidentin qədəhinə araq əvəzinə su tökülüb - Maraqlı açıqlama
Tarix: 14-10-2018 19:35 | Bölmə: Cəmiyyət
Rusiyada prezidentin qədəhinə araq əvəzinə su tökülüb

Rusiya prezidentinin keçmiş müşaviri, 1990-cı illərdə Kremlin protokol xidmətini yaradan və rəhbərlik edən Vladimir Şevçenko Rusiyanın dövlət başçısının qədəhinə rəsmi tədbirlərdə araq əvəzinə su tökülməsindən danışıb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Şevçenkonun “Yeni rus sensasiyaları” proqramına verdiyi “Moskva. Kreml. Vladimir” müsahibəsi NTV kanalının saytında yayılıb.

Rusiyada prezidentin qədəhinə araq əvəzinə su tökülüb

“Nə zaman vəziyyət pis olurdusa, onda ofisinat araq əvəzinə su tökə bilərdi. Bu, səhhəti ilə bağlı mümkündür”, - keçmiş dövlət qulluqçusu söyləyib.

O, bu cür vəziyyətlə bağlı birinci şəxslərdən kimsənin adını çəkməkdən imtina edib, lakin verilişin aparıcıları söhbətin Rusiyanın birinci prezidenti Boris Yeltsindən getdiyinə işarə ediblər.

“İstisnalar olub, yalnız Boris Nikolayeviç Yeltsin "sənədlərlə işləyəndə” – Şevçenkonun prezident qədəhində spirtli içkini su ilə əvəzlənməsi söhbətindən əvvəl kadr arxasındakı səs deyir.

Ümumilikdə, Kreml protokolunun keçmiş rəisinin sözlərinə görə, bu çox nadir halda tətbiq olunub.

“Mən belə fakt xatırlamıram ki, SSRİ prezidenti Mixail Qorbaçovun qədəhinə su tökülsün. Qədəh var, qaldırıb, lakin bir qurtum içib, yerə qoyub. Bu sənin məsələndir. Sağlamlıq məsələsi var – necə deyərlər, tam başına da çəkib”, - 79 yaşlı Şevçenko xatırlayır.

Rusiyada prezidentin qədəhinə araq əvəzinə su tökülüb

Vladimir Şevçenko Qorbaçovun və Yeltsinin vaxtında protokol xidmətinə rəhbərlik edib.

O, hətta bilavasitə bu strukturun sıfırdan yaradılmasında iştirak edib.

Vladimir Putinin hakimiyyətə gəlişindən sonra dövlət başçısının müşaviri olub və bu postu Dmitri Medvedyevin prezidentliyi zamanı da saxlayıb. 2011-ci ildə öz istəyi ilə isteya gedib.

2016-cı ildən Rusiya prezidentinin protokoluna Vladislav Kitaev rəhbərlik edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2018, 18:12 Yerevanda atışma