İt balası dava edən xoruzları ayırmağa çalışdı - Fotolar
Tarix: 14-10-2018 20:24 | Bölmə: Cəmiyyət
İt balası dava edən xoruzları ayırmağa çalışdı


Antalyada dava edən iki xoruzu ayırmağa çalışan bala itin səyi izləyənləri güldürüb.


Reyting.az Türkiyə mediasına istinadən bildirir ki, Alanya rayonunda bir vətəndaş tərəfindən çəkilən görüntülər, həm güldürür, həm də heyrətə salır.

Bir evin həyətində iki xoruzun davaya girişdiklərini fərq edən bala it, davanı sona çatdırmaq üçün uzun müddət səy göstərib.

İt balası dava edən xoruzları ayırmağa çalışdı

Hər iki xoruzun quyruqlarından tutub metrlərlə sürüyən bala it, bütün səyinə baxmayaraq, davaya mane ola bilməyib.

Xoruzların da itə qarşı heç bir reaksiya verməməsi ortaya gülməli görüntülərin çıxmasına səbəb olub.

Reyting.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}