Azərbaycanda arvad ərini başqasının əli ilə öldürtdü
Tarix: 15-10-2018 10:43 | Bölmə: Cəmiyyət
Azərbaycanda arvad ərini başqasının əli ilə öldürtdü

Azərbaycanda dəhşətli cinayətin üstü açılb.

Reting.az bildirir ki, hüquq-mühafizə orqanlarından open.az-a verilən məlumata görə, hadisə Lerik rayonunda qeydə alınıb.

Bu ilin iyun ayında rayonun Lərmərud kənd sakini Mail Ağayevin meyiti yol kənarında idarə etdiyi avtomobilin yanında aşkar edilib. Hadisədən sonra faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı Mail Ağayevin yol-nəqliyyat hadisəsi nəticəsində ölmədiyi, qətlə yetirildiyi müəyyənləşib.

Məlum olub ki, Mail Ağayevin həyat yoldaşı Nailə Ağayeva ilə münasibətləri gərgin olub. Ərinin döyməsini qəbul edə bilməyən Nailə Ağayeva bu barədə dostu Aqil Baxşıyevə məlumat verib. Dostuna ərini öldürmək istədiyini deyən Nailə Ağayeva ondan bunu həyata keçirməkdə yardım istəyib. Aqil Baxşıyev qohumu Vəfalı Əliyevlə birgə Mail Ağayevi meşəyə apararaq öldürüblər. Sonra onun meyitini yol kənarına idarə etdiyi avtomobilin yanına ataraq qaçıblar. Hər kəs onun yol qəzası nəticəsində öldüyünü ehtimal edib.

İstintaqla Mail Ağayevin qəsdən öldürüldüyü müəyyən edildikdən sonra faktla bağlı başlanan cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib. Cinayətdə adı keçən mərhumun arvadı Nailə Ağayeva, arvadının dostu Aqil Baxşıyev və Vəfalı Əliyev şübhəli şəxs qismində tutulublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2018, 18:12 Yerevanda atışma