Qida Təhlükəsizliyi Agentliyinin həkimi həbs edilib - Səbəb
Tarix: 15-10-2018 12:09 | Bölmə: Cəmiyyət
Qida Təhlükəsizliyi Agentliyinin həkimi həbs edilib

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Reyting.az bildirir ki, Qida Təhlükəsizliyi Agentliyi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə birgə müvafiq sahədə mövcud olan xidmət qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə müxtəlif ünvanlarda yerləşən emal sahələrinə baxış keçirib.

Bu zaman Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 73 və 73a saylı ünvanlarda yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən mənşəyi məlum olmayan, habelə gigiyenik və sanitar normaların tələblərinə uyğun olmayan ümumi dəyəri 16 min manat olan ümumi çəkisi 2449 kq 23 baş iribuynuzlu (inək) və ümumi çəkisi 42 kq 2 baş xırdabuynuzlu (qoyun) heyvan cəmdəkləri aşkar edilməklə məhsulların satışı dayandırılmış və müvafiq laborator müayinələrin aparılıb rəylər alınması üçün nümunələr götürülüb

Agentliyin müvafiq laboratoriyasında aparılan sınaqlar nəticəsində ətlərin kəskin qoxulu, köhnə olmaqla ağır xəstə və ya tələf olduqdan sonra kəsilmiş istehlaka yararsız heyvanlara məxsus olduğu aşkar edilib.

Toplanan materiallar əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılan istintaqla agentliyin 5 saylı qida nəzarət məntəqəsinin həkimi Xaspolad Mirimovun Əlican Quliyevlə birgə insanların həyatı və sağlamlığı üçün təhlükə törədən, mənşəyi məlum olmayan, gigiyenik və sanitar normaların tələblərə uyğun olmayan, xeyli miqdar təşkil edən heyvan ətlərinin ayrı-ayrı tədarükçülər tərəfindən keyfiyyətli ət adı ilə müxtəlif satış məntəqələrində topdan və pərakəndə satışını təşkil etməklə çoxsaylı istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, aparılan istintaqla bazara keyfiyyətsiz ət tədarük edən Əli Həsənov, Şamxal Nəbiyev, Vasif Tağıyev və Cahsangir Səlimovun birgə istehlakçıların dələduzluq yolu ilə xeyli miqdarda əmlaklarını ələ keçirməyə cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlara Cinayət Məcəlləsinin 29, 178.2.1 və 29, 200.2.2-ci maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz hallar tam və hərtərəfli araşdırılmaqla keyfiyyətsiz ətlərin kütləvi satışı məqsədi güdən digər ictimai iaşə xidmətləri subyektlərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 361-11-76, 361-11-48 nömrəli və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və 377-00-77 nömrəli telefonlar vasitəsi ilə məlumat vermələrini xahiş edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}