Vəhşicəsinə öldürdü, başını kəsdi, ətini yedi
Tarix: 16-10-2018 12:31 | Bölmə: Cəmiyyət
Vəhşicəsinə öldürdü, başını kəsdi, ətini yedi

Xarkovda polis başı kəsilmiş və eybəcər hala salınmış meyiti tapılan keçmiş milis əməkdaşının vəhşicəsinə öldürülməsinin üstünü açıb.

Reyting.az Ukrayna mediasına istinadən bildirir ki, vilayət polisindən verilən məlumata görə, öldürülən 45 yaşlı xarkovlu oktyabrın 7-dən itkin düşmüş kimi axtarışda olub.

Kişi milis patrul xidmətinin müfəttişi işləyib, lakin yenidən attestasiyadan keçirmədiyinə görə daxili işlər orqanlarından xaric edilib.

Polislər tezliklə qətldə şübhəli bilinənləri müəyyənləşdirərək saxlayıblar. Onlar işsiz keçmiş milisin təsadüfi tanışı və onun 20 yaşlı oğludur.

Onların yaşadığı mənzilin eyvanındakı qutuda polislər öldürülən kişinin başını, eləcə də digər maddi sübutlar tapıblar.

Saxlanılanlar deyiblər ki, oktyabrın 4-də onlar təsadüfən keçmiş milislə tanış lublar və onu evə dəvət ediblər. Yeyib-içmək zamanı mənzilin sahibi qonaqla mübahisə edib və bıçaqla onu boynundab ölümcül yaralayıb.

Növbəti gün oğlanın atası ölənin bədənindən bir tikə ət kəsib, bu zaman ona izah edib ki, bu vasitə ilə cinayətin izini itirmək və meyitdən yaxa qurtarmaq lazımdır. Oğlanın söylədiyinə görə, atası həm də insan ətini bişirərək yeyib.

Oktyabrın 10-da kişiyə zəng vuran qohumu yaxın zamanda onlara gəlmək istədiyini bildirib. Bu zaman cinayətkarlar meyiti evdən çıxarıb zibil yığan paketə qoyaraq zirzəmiyə atıblar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}