07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Sabah yağış yağacaq
Tarix: 16-10-2018 12:57 | Bölmə: Cəmiyyət
Sabah yağış yağacaq

Oktyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir, cənub küləyi əsəcək.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın hərarətinin Abşeron yarımadasında gecə 12-15, gündüz 18-22, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 10-15, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Tibbi meteoroloji proqnoza gəlincə, oktyabrın 17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}