Polşada pensiya yaşı azaldılıb
Tarix: 16-10-2018 13:29 | Bölmə: Cəmiyyət
Polşada pensiya yaşı azaldılıb

Oktyabrın 1-dən Polşada pensiya yaşının aşağı salınmasını nəzərdə tutan qanun qüvvəyə minib.

Reyting.az bildirir ki, yeni qanuna əsasən, buna qədər 67 yaşdan pensiyaya çıxan kişilərin yaş həddi 65-ə, həmin yaşdan pensiyaya çıxmaq hüququ olan qadınların yaş həddi isə 60-a endirilib.

Beləliklə, ölkənin indiki hökuməti Donald Tuskun hökumətinin 2012-ci ildən qüvvədə olan pensiya islahatını ləğv edib.

“Polşa hökuməti polşalılara seçim haqqı verir. Əgər kimsə çox işləmək istəyirsə, bunu edə bilər. Pensiya yaşının qadınlar üçün 60-a, kişilər üçün 65-ə aşağı salınması ilə biz həmvətənlərimizə sərfəli seçim şansı veririk”, - mətbuat konfransında Polşanın baş naziri Beata Şidlo söyləyib.

Onun sözlərinə görə, ölkənin büdcəsində əvvəlki pensiya yaşına qayıtmaq üçün vəsait var.

Pensiya yaşının aşağı salınması səbəbindən gələn il Polşada təxminən 330 min insan pensiyaya çıxa biləcək.

Reyting.az






Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}