Keçmiş qəzet sahibi özünü binadan atıb - Səbəb
Tarix: 16-10-2018 15:08 | Bölmə: Cəmiyyət
Keçmiş qəzet sahibi özünü binadan atıb

Moskvada “Sport-Ekspress” qəzetinin keçmiş sahibi İvan Rubin özünü öldürüb.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, Rubin oktyabrın 15-də özünü 16 mərtəbəli binadan atıb.

Məlumata görə, 67 yaşlı Rubin borca görə intihar edib.

Biznesmen özünü öldürməzdən əvvəl yazdığı məktubda öz ölümündə 70 min borcu olduğu Vladimir Tyuronkovu günahlandırıb. Guya Tyurenkov borcunu ödəməyəcəyi təqdirdə Rubinin ayaqlarını və barmaqlarını qıracağı ilə bağlı hədə-qorxu gəlib.

İvan Rubin və baş redaktor Vladimir Kuçmiy 1991-ci ildən çap olunan “Sport-Ekspress” qəzetinin yaradıcılarıdır. Rubin 2003-cü ilə qədər qəzetin baş direktoru, 2003-cü ildən 2012-ci ilədək sahibi olub.

2012-ci ildəki maliyyə böhranından sonra o öz səhmlərini Birinci kanalın Peterburq filialının baş direktoru Eduard Raykinə satıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}