17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
"Modern Hospital” yanlış müalicələrin məsuliyyətindən yayınır
Tarix: 16-10-2018 15:17 | Bölmə: Cəmiyyət
"Modern Hospital” yanlış müalicələrin məsuliyyətindən yayınır

Jurnalist Məmməd Həmidovun qohumu "Modern Hospital”da yanlış müalicə edildiyi üçün ayağı amputasiya olunub.

Reyting.az
-ın xəbərinə görə, şikayətçi Unikal.org-a bildirib ki, avqustun 18-də "Modern Hospital”ın "Diabetik Ayaq Mərkəzi”nin təsisçisi və rəhbəri olan həkim Gülay Məmmədova ayaq xəstəsi olmuş pasiyenti, 20.02.1952-ci il təvəllüdlü Vəliyev Ələsxan Salman oğlunu düzgün müalicə etməyib:

"Şəki rayonun Baş Göynük kəndindən olan yaxınımı "Modern Hospital”da müalicə etdilər. Nəticədə, xəstənin sağlamlıq vəziyyəti ağırlaşdı və təcili şəkildə onu Mərkəzi Klinikaya yerləşdirdik. Müayinə zamanı "Modern Hospital”da onun ayağının səhv müalicəsi nəticəsində vəziyyətinin ağırlaşdığı məlum oldu və dərhal ayağının amputasiya edilməsinə qərar verildi”.

"Modern Hospital” yanlış müalicələrin məsuliyyətindən yayınır

Xəstənin ailə üzvləri səhv müalicəyə və ayağın amputasiyası ilə nəticələnən faciəyə görə "Modern Hospital”ın rəhbərliyindən dəfələrlə xahiş ediblər ki, Ə.S.Vəliyevin müalicəsi üçün ödədikləri iki min manat onlara qaytarılsın. Lakin xəstənin yaxınlarına nəinki pulu qaytarmaq, heç etika xatirinə cavab belə verilməyib.

Şikayətçinin sözlərinə görə, xəstənin ailəsi səhiyyə nazirindən kömək istəyir:

“Hospitalın direktoru Ravil Tağıyevə rəhbərlik etdiyi səhiyyə ocağında təcrübəsiz həkim Gülay Məmmədovanın səhv müalicəsi ilə bağlı müraciət edilib. Ayağı amputasiya olunan Vəliyevin vəziyyəti isə ağır olaraq qalır. Xəstə hazırda yaşamaq uğrunda mübarizə aparır”.

Sözügedən məsələ ilə bağlı "Modern Hospital”dan məlumat verilib:

"18. 08.2018-ci il tarixində pasiyent, 1952-ci il təvəllüdlü Şəki rayonunun Baş Göynük kənd sakini Vəliyev Ələsxan Salman oğlu xəstəliyinin irəliləmiş (ağır) mərhələsində klinikamıza müraciət edib. Həkim endokrinoloq Gülay Məmmədovadan müalicə almaq istəyən xəstəyə, həkimimiz tərəfindən baxılıb və diaqnozu ağır olaraq qoyulmuş xəstəyə vəziyyət ətraflı izah edilib. Buna rəğmən, xəstə vəziyyətdən xəbərdar olduğunu və dr. Gülay Məmmədovanın müalicə prosedurunu qəbul etmək istədiyini söyləyib və öz razılığı ilə qəbul edib. Bu, xəstənin anamnezində də öz əksini tapır.

Təbii ki, müalicə aldığı yeri seçmək xüsusunda hər bir pasiyent müstəqildir, bizim buna qarışma hüququmuz yoxdur. Xəstə Vəliyev Ələsxan Salman oğlu bir müddət sonra başqa özəl klinikada tapdığı digər həkimdən müalicə almaq istədiyini söyləyib, istəyi müqabilində isə müalicəni dayandıraraq seçmiş olduğu digər klinikaya üz tutub”.

"Modern Hospital”dan bildiriblər ki, həkimlərinin seçdiyi müalicə üsulunun doğruluğuna əmindirlər və heç bir yanlış müalicədən söhbət gedə bilməz: “Bu epiqrizlərdə, anamnezlərdə də öz əksini ətraflı şəkildə tapır”.

Qeyd edək ki, "Modern Hospital"la bağlı qalmaqallar bununla yekunlaşmır. Həkim Tariyel Ömərov tərəfindən mədəkiçiltmə əməliyyatı olunandan 1 ay sonra 34 yaşlı pasiyent Samir Dəmirov bir müddət əvvəl dünyasını dəyişib. Artıq Səhiyyə Nazirliyi və Səbail Rayon Prokurorluğu ölüm faktı ilə bağlı araşdırmaya başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}