14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Kollecin binası partladıldı: 18 nəfər ölüb, 50 nəfər yaralanıb
Tarix: 17-10-2018 16:48 | Bölmə: Cəmiyyət
Kollecin binası partladıldı: 18 nəfər ölüb, 50 nəfər yaralanıb

Oktyabrın 17-də Krım yarımadasında yerləşən Kerç şəhərindəki Politexnik kollecinin binasında partlayış olub. İlkin məlumatlara görə, partlayış nəticəsində 18 nəfər ölüb, 50 nəfər yaralanıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov hadisənin terror aktı olduğunu bildirib.

Rusiya İstintaq Komitəsi də Krımdakı kütləvi qətliamla bağlı açıqlama verib.

Bildirilir ki, əvvəlcə kollecin binasında partlayıcı qurğu işə düşüb, ardınca isə kollecin 4-cü kurs tələbəsi Vladislav Roslyakov silahla otaqdakı tələbələrə atəş açıb.

Partlayıcı qurğunun da Vladislav Roslyakov tərəfindən hazırlandığı ehtimal olunur. Roslaykov hadisədən sonra binanın ikinci mərtəbəsində intihar edib.

Qeyd edək ki, hadisə ilə əlaqədar Krımda 3 günlük matəm elan edilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}