Krımda kollecdəki qırğının təfərrüatları açıqlanıb - Fotolar
Tarix: 17-10-2018 19:46 | Bölmə: Cəmiyyət
Krımda kollecdəki qırğının təfərrüatları açıqlanıb

Müstəntiqlər Kerç şəhərindəki Politexnik kollecində kütləvi qətlin mənzərəsini bərpa etməyə başlayıblar.

Reyting.az bildirir ki, hüquq-mühafizə orqanlarından verilən ilkin məlumata görə, yerli vaxtla saat 12:20-də, böyük fasilə başlayanda, buraxılış kursunun 18 yaşlı şagirdi Vladislav Roslyakov yeməkxanaya girib çantanı orada qoyaraq sonra çıxıb.

Krımda kollecdəki qırğının təfərrüatları açıqlanıb

Çantada partlayıcı qurğu olub. Qapıdan bir qədər aralanandan sonra o, əlindəki bağlamadan (ola bilsin ki, çertyojlar üçün tubusdan) silah çıxararaq bombanı işə salıb, daha sonra oaradakı adamlara atəş açıb.

Çaxnaşmadan istifadə edən Vladislav ikinci mərtəbəyə qalxıb, tədris hissə müdirini və müəllimlərdən birini güllələyib.

Krımda kollecdəki qırğının təfərrüatları açıqlanıb

Şahidlərin ifadələrinə görə, atəş zamanı Roslyakov çaxnaşmanı gücləndirmək üçün bir neçə fişəng və ya əldəqayırma pirotexniki qurğulardan istifadə edib. Bu informasiyanı ekspertizanın da təsdiqləməsinə ehtiyac olduğu bildirilir.

20-yə yaxın atəş açan cinayətkar kitabxanada özünü öldürüb. Meyitin yanında silah, ona məxsus sənədlər, eləcə də bir neçə patrondaş aşkar olunub.

Krımda kollecdəki qırğının təfərrüatları açıqlanıb

İlkin məlumata görə, Roslyakov “yaxşı” və “əla” qiymətlərlə oxuyub, lakin heç kimlə xüsusi yoldaşlıq münasibəti olmayıb.

Qətliam törədən gəncin bu addımının səbəbləri hələ ki məlum deyil və onunla birlikdə oxuyanların əksəriyyəti ondan belə şey gözləməyiblər.

Krımda kollecdəki qırğının təfərrüatları açıqlanıb

Hazırda müstəntiqlər Roslyakovun yaşadığı mənzildə axtarış aparır, kompüteri və əşyaları yoxlayırlar.

İstintaq Komitəsinin məlumatına görə, yerli vaxtla saat 17:30-a qədər 19 nəfər ölüb, 74 nəfər yaralanıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}