17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qadının qarnını kəsib bətnindəki körpəni oğurladılar
Tarix: 18-10-2018 10:46 | Bölmə: Cəmiyyət
Qadının qarnını kəsib bətnindəki körpəni oğurladılar

Braziliyada yaşayan 23 yaşlı Marya Kristiana da Silva bir ağaca tikanlı məftillə bağlanıb, qarnı bıçaqla kəsilərək səkkiz aylıq körpəsi oğurlanıb.

Reyting.az xəbər verir ki, tüklər ürpədən hadisə, Braziliyanın cənub-şərqindəki Joao Pinheiroyu sarsıdıb.

Polis briqadaları, gənc qadının cəsədini yol kənarında bir ağaca bağlanmış halda tapıb.

Ana olacaq Maryanı qaçırıb öldürən və bətnindəki körpəni oğurlayan isə Ancelina Rodrigues və əri Roberto Qomes da Silva olub.

Qadının qarnını kəsib bətnindəki körpəni oğurladılar

Marya Kristianayı öldürən Ancelina Rodrigues, qucağında körpəylə Sao Lucastaki bir xəstəxanaya qaçıb, yeni doğuş etdiyini söyləyib və həkimlər həyəcanlandırıb.

Ancaq bir gün sonra cəsədin tapılması ilə istintaq başlayan polis, qısa müddətdə hadisənin üstünü açıb.. Qatil qadın, polisə bütün etdiklərini etiraf edib.

Polis, cinayət zamanı Ancelina Rodriguesin yanında ərilə birlikdə üçüncü bir adamın daha olduğunu təxmin edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}