16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Güllələnən çobanın meyiti kanala atılıb
Tarix: 18-10-2018 12:20 | Bölmə: Cəmiyyət
Güllələnən çobanın meyiti kanala atılıb

Oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevin əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olan məlumatla bağlı dərhal polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər görüb.

Reyting.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən Sərxan Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.

Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə Aqşin Astanov İmişli rayonunun ərazisində saxlanılıb.

İstintaq-əməliyyat tədbirləri ilə Aqşin Astanovun həmin gün axşam törətdiyi daha bir ağır cinayətin üstü açılıb.

Məlum olub ki, o, Sabirabad rayonu, Xəlfəli kəndi ərazisində onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirib, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atıb.

Meyitin və cinayət törədilərkən istifadə edilən tüfəngin tapılması istiqamətində tədbirlər görülür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}