Hindistanda qatar faciəsində ölənlərin sayı 61-ə çatıb - Fotolar
Tarix: 20-10-2018 14:21 | Bölmə: Cəmiyyət
Hindistanda qatar faciəsində ölənlərin sayı 61-ə çatıb

Hindistanın şimal-qərbindəki Pəncab ştatında qatarın dini bayramda iştirak edən adamları əzməsi nəticəsində ən azı 61 nəfər həlak olub.

Reyting.az xəbər verir ki, ölənlər arasında qadınlar və uşaqlar da var.

Hindistanda qatar faciəsində ölənlərin sayı 61-ə çatıb

Yaralanan 71 nəfər hospitallara yerləşdirilib.

Bundan əvvəl 50 nəfərin öldüyü bildirilib.

Hindistanda qatar faciəsində ölənlərin sayı 61-ə çatıb

Qatar oktyabrın 19-da axşam saatlarında Amritsar şəhəri ətrafında adamları vurub.

Yerli KİV-lərdəki məlumata görə, faciə zamanı dəmir yolu xəttində 300-dən 700-ə qədər adam olub. Ora toplaşanlar “Ramayana” eposu qəhrəmanlarından biri Ravananın müqəvvasını yandırıblar.

Hindistanda qatar faciəsində ölənlərin sayı 61-ə çatıb

Faciə Günəş batandan sonra baş verib, qatar qaranlıqda böyük sürətlə hərəkət edib. Şahidlərin sözlərinə görə, bayram iştirakçıları fişənglərin partladılmasına görə yaxınlaşan qatarın səsini eşitməyiblər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}