07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Rzayev "Azərişıq”dakı kadrlarına "Azərenerji”də vəzifə verib - Təyinatlar
Tarix: 20-10-2018 21:22 | Bölmə: Cəmiyyət
Rzayev "Azərişıq”dakı kadrlarına "Azərenerji”də vəzifə verib

"Azərenerji” ASC-də iki yeni təyinat olub.

Reyting.az
"Report”a istinadən xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z. Quliyev "Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir.

Bundan başqa, "Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev "Azərenerji” prezidentinin müşaviri təyin olunub.

Qeyd edək ki, Z. Quliyev bu vaxta qədər "Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona "Əməkdar mühəndis” fəxri adı verib.

Xatırladaq ki, 2005-ci ilin oktyabr ayından "Azərenerji”nin vitse-prezidenti Marlen Əsgərov idi. O, bu il sentyabrın 17-də ürək çatışmazlığından vəfat edib.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin bu il sentyabrın 4-də imzaladığı sərəncamla Etibar Pirverdiyev vəzifəsindən çıxarılıb və "Azərişıq" ASC-nin sədri Balababa Rzayev "Azərenerji”nin prezidenti təyin edilib.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}