Qan donduran hadisə: Ana 3 uşağının boğazını kəsərək öldürdü - Fotolar
Tarix: 21-10-2018 15:59 | Bölmə: Cəmiyyət
Qan donduran hadisə: Ana 3 uşağının boğazını kəsərək öldürdü

Adanada Selma C. 1-i qız 3 uşağının boğazlarını bıçaqla kəsərək öldürüb.

Reyting.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 3 uşağını öldürən qadın sonra əllərini kəsib, ağır yaralı olaraq aparıldığı xəstəxanada müalicəyə alınıb.

Qan donduran hadisə: Ana 3 uşağının boğazını kəsərək öldürdü

Qan donduran hadisə, bu gün günorta saatlarında mərkəz Yürəgir rayonu Geçitli məhəlləsində baş verib.

Ev qadını Selma C. fermer həyat yoldaşının evdə olmadığı zaman, hələ ki məlum olmayan səbəbdən ağlını itirib, adları açıqlanmayan 10, 8 və 6 yaşlarındakı 3 uşağını bıçaqlayıb. Sonra əllərini kəsən qadın, haray-həşirə görə evə gələn qonşuları tərəfindən ağır yaralı olaraq tapılıb.

Qan donduran hadisə: Ana 3 uşağının boğazını kəsərək öldürdü

Çağıran səhiyyə briqadası, boğazları bıçaqla kəsilən 1-i qız 3 uşağın da hadisə yerində həyatını itirdiyini təyin edib.

Hadisə yerinə gələn jandarm dəstələri və prokuror, evdə araşdırma apararkən, qadının uşaqlarını niyə öldürdüyü araşdırılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2018, 18:12 Yerevanda atışma