Bakıda narkotik satmaq istəyən qohumlar tutulub - Fotolar
Tarix: 22-10-2018 14:25 | Bölmə: Cəmiyyət
Bakıda narkotik satmaq istəyən qohumlar tutulub

İrandan heroin gətirib Bakıda realizə etmək istəyən qohumlar saxlanılıb.

Reyting.az-ın Daxili İşlər Nazirliyi Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Cəlilabad rayon sakini Fərid Mirzəyev və qohumu-Qaradağ rayon sakini, əvvəllər məhkum olunmuş Müslüm Barıyev 1 kiloqram 118 qram heroini satmaq istəyəndə saxlanılıblar.

Bakıda narkotik satmaq istəyən qohumlar tutulub

Müslim Barıyevin Qızıldaş qəsəbəsində yaşadığı evin həyətinə baxış zamanı torpağa basdırılan 2 kiloqram 76 qram narkotik vasitə tiryək də aşkar olunaraq götürülüb.

Bakıda narkotik satmaq istəyən qohumlar tutulub

Araşdırma zamanı məlum olub ki, narkotik vasitələri Fərid Mirzəyev qanunsuz yolla İrandan ölkəmizə gətirib. O, bundan sonra Müslim Barıyevin də iştirakı ilə heroini və tiryəki paytaxta gətirərək satmağa çalışıblar.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}