16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Avtomobili sərxoş idarə edən tanınmış vəkil saxlanılıb
Tarix: 22-10-2018 16:58 | Bölmə: Cəmiyyət
Avtomobili sərxoş idarə edən tanınmış vəkil saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın müxəlif küçə və prospektlərində gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi məqsədi ilə növbəti maarifləndirici-profilaktik tədbir keçirib.

Reyting.az bildirir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, tədbir zamanı xeyli sərxoş sürücü aşkar olunub, həmçinin yol polisinə tabe olmayan, avtoxuliqanlıq edənlərə də rast gəlinib.

Məlumatda qeyd olunur ki, reyd zamanı Binəqədi rayonu ərazisində “Toyota” markalı avtomobilin sürücüsü Bəhruz Bayramov qayda pozuntusuna yol verdiyi üçün polislər ona “saxla” işarəsi verib. Sürücünün müayinə zamanı sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub. Sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələblərini pozduğuna görə onun barəsində protokol tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Bəhruz Bayramov tanınmış vəkildir.

O, open.az-a bildirib ki, yol polisi onu avtomobili idarə edərkən deyil, yaşadığı məhlədə dayanmış vəziyyətdə saxlayıb: "Ailə üzvlərimdən birinin ad gününü restoranda qeyd etdik. Restorandan çıxarkən ayıq sürücü xidmətindən istifadə etmişəm. Əsas yoldan evimə gedən köməkçi yolda mağazaya düşdüm. Bu zaman ayıq sürücü getdi. Mağazadan çölə çıxan zaman polislər avtomobili sərxoş vəziyyətdə idarə etdiyimi dedilər. Onlara ayıq sürücü xidmətindən istifadə etdiyimi bildirsəm də, zorakılıq edib sənədlərimi aldılar. Artıq bununla bağlı Baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlamışam. İnzibati qaydada cərimə ilə bağlı rayon məhkəməsinə müraciət etmişəm. Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mənim təqsirsizlik prezumpsiyamı kobud şəkildə pozub, bununla da bağlı şikayət edəcəm".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}