16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
İki azərbaycanlı Türkiyə vətəndaşını oğurlayıb
Tarix: 22-10-2018 17:40 | Bölmə: Cəmiyyət
İki azərbaycanlı Türkiyə vətəndaşını oğurlayıb

Ukraynanın hüquq-mühafizə orqanları Lvovda şantaj yolu ilə 100 min dollar almaq üçün Türkiyə vətəndaşını oğurlayan 3 xarici vətəndaşı saxlayıb.

Reryting.az-ın Ukrayna mediasına istinadən verdiyi xəbərə görə, hazırda girov götürülən şəxsin həyatı və sağlamlığı üçün təhlükə yoxdur.

Məlumata görə, oktyabrın 21-də gecə polisə naməlum şəxslərin silahla hədələyərək Türkiyə vətəndaşını avtomobilə oturdub naməlum istiqamətə aparmaları haqda məlumat daxil olub.

Həmin şəxslər oğurladıqları şəxsin azadlığa buraxılması üçün onun tanışları və həmvətənlərindən 100 min dollar tələb ediblər.

Hüquq-mühafizə orqanlarının operativ tədbirləri zamanı cinayətkarların şəxsiyyətləri müəyyənləşdirilib. Nəticədə 26 və 27 yaşlı iki Azərbaycan vətəndaşı, eləcə də 40 yaşlı Türkiyə vətəndaşı saxlanılıb.

Hazırda onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}