Şəkidə siçovul uşağı, pişik qadını dişlədi
Tarix: 22-10-2018 19:33 | Bölmə: Cəmiyyət
Şəkidə siçovul uşağı, pişik qadını dişlədi

Oktyabrın 20-dən 21-ə keçən gecə saat 4 radələrində Şəki rayonu, Oxut kənd sakini, 5 yaşlı Elmir Kərimli gəmirici dişləməsi xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Reyting.az open.az-a istinadən bildirir ki, xəstəxanadan verilən məlumata görə, müayinə zamanı uşağı yaşadığı ünvanda yatdığı zaman siçovul dişlədiyi məlum olub.

Elmir Kərimliyə tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurluqdan sonra xəsarəti yüngül olduğundan ambulator müalicə almaq üçün evə buraxılıb.

Rayonun Böyük Dəhnə kəndi sakini, 29 yaşlı Türkan Məmmədova yaşadığı evin həyətində sahibsiz pişiyin hücumuna məruz qalıb. Nəticədə pişik onun sağ əlini və sol ayağını dişləyərək qaçıb.

Şəkidə siçovul uşağı, pişik qadını dişlədi

Türkan Məmmədova dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, Türkan Məmmədovaya lazımi tibbi yadım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
14-11-2018, 18:12 Yerevanda atışma