Bakıdakı orta məktəbin zirzəmisində 352 ədəd hərbi sursat aşkarlanıb - Fotolar
Tarix: 23-10-2018 09:31 | Bölmə: Cəmiyyət
Bakıdakı orta məktəbin zirzəmisində 352 ədəd hərbi sursat aşkarlanıb

Oktyabrın 22-də Daxili İşlər Nazirliyinin “102” xidmətindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 7 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.


ANAMA-nın məlumatına görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Yasamal Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.

Agentliyin mütəxəssisləri Yasamal Rayon Polis İdarəsinin və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları ilə birlikdə ərazidəki 175 saylı tam orta məktəbin zirzəmisinə baxış keçiriblər. Aparılan təcili və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 352 ədəd müxtəlif növ təlim məqsədli partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 400 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakıdakı orta məktəbin zirzəmisində 352 ədəd hərbi sursat aşkarlanıb
Bakıdakı orta məktəbin zirzəmisində 352 ədəd hərbi sursat aşkarlanıb
Bakıdakı orta məktəbin zirzəmisində 352 ədəd hərbi sursat aşkarlanıb
Bakıdakı orta məktəbin zirzəmisində 352 ədəd hərbi sursat aşkarlanıb




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}