16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Hacı Əbdülün məscidinin bərpadan sonra açılışı olub - Fotolar
Tarix: 23-10-2018 18:34 | Bölmə: Cəmiyyət
Hacı Əbdülün məscidinin bərpadan sonra açılışı olub

Oktyabrın 23-də birinci vitse-prezident Mehriban Əliyeva Yasamal rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan İmam Hüseyn məscidinin açılışında iştirak edib.

Reyting.az bildirir ki, məscidin axundu Hacı Əbdül Mehriban Əliyevaya İmam Hüseyn məscidi barədə məlumat verib.

Hacı Əbdülün məscidinin bərpadan sonra açılışı olub

Onun sözlərinə görə, məscidi 1890-cı ildə xeyriyyəçi Hacı Hacıbala tikib. 1920-ci ildə bolşevik işğalından sonra məscid bir müddət bağlı qalıb. Lakin sonralar yenidən dindarların istifadəsinə verilib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid təmir olunub.

Hacı Əbdülün məscidinin bərpadan sonra açılışı olub

Azərbaycanın qədim məscidlərindən biri olan İmam Hüseyn məscidində 2017-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir və bərpa işlərinə başlanılıb. Yüksək keyfiyyətlə aparılan təmir zamanı binanın memarlıq üslubu qorunub saxlanılıb, ərazisi abadlaşdırılıb. Məscidin sahəsi 300 kvadratmetrdir. Burada eyni vaxtda 400 nəfər ibadət edə bilər. İmam Hüseyn məscidinin ərazisində 130 nəfərlik mərasim zalı da inşa olunub.

Məscidin axundu Hacı Əbdül Mehriban Əliyevaya “Qurani-Kərim” hədiyyə edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}