17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Çində milyarderlərin sayı həftədə iki nəfər artır
Tarix: 26-10-2018 20:26 | Bölmə: Cəmiyyət
Çində milyarderlərin sayı həftədə iki nəfər artır

Çində zənginlərin sayı sürətlə artaraq rekord göstəriciyə çatıb.

Reyting.az bildirir ki, bunun sayəsində Çində ötən il hər həftə iki nəfər milyarder olub.

Bu barədə İsveçrənin bank nəhəngi UBS və PwC auditorları açıqlama yayıb.

2017-ci ildə milyarderlərin imkanları 19 faiz artaraq 8,9 trilyon dollara çatıb.

Çində milyarderlərin sayı həftədə iki nəfər artır

Açıqlamada qeyd edilir ki, söhbət 2158 nəfərdən gedir.

Çinli milyarderlər öz sərvətlərini təxminən iki dəfə tez artıraraq (39 faiz) 1,2 trilyon dollara çatdırıblar.

“Son on ildə çinli milyarderlər dünyada ən böyük və uğurlu şirkətlər yaradıblar, həyat səviyyəsini yüksəldiblər”, - UBS Global Wealth Management üzrə Ultra High Net Worth şəbəsinin rəhbəri Yozef Ştadler söyləyib.

Məruzədə qeyd edilir ki, 2017-ci ildə Çin həftədə iki yeni milyarder “istehsal” edib. Bu göstərici Asiyada ümumilikdə həftədə 3 milyarder olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}