17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Cərimə ödənişləri “ASAN ödəniş”ə inteqrasiya olunub
Tarix: 27-10-2018 10:55 | Bölmə: Cəmiyyət
Cərimə ödənişləri “ASAN ödəniş”ə inteqrasiya olunub

Bakı şəhəri ərazisində yol hərəkəti qaydalarının pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin ödənişlərinin “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən bildirilib ki, bu,”ASAN Xidmət” ilə Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində mümkün olub.

Oktyabrın 26-dan etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqında protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılan şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya "ASAN ödəniş" sisteminə qoşulan digər ödəniş portalları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi 2014-cü ildə yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları, eləcə də sistemə qoşulan digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}