16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Sabah hava çiskinli olacaq
Tarix: 27-10-2018 13:35 | Bölmə: Cəmiyyət
Sabah hava çiskinli olacaq

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Reyting.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın hərarəti Abşeronda gecə 7-9° gündüz 17-19° isti, Bakıda gecə 7-9°, gündüz 17-19° isti təşkil edəcək.

Atmosfer təzyiqi 775 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın hərarəti gecə 8-12°, gündüz 17-22°, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti, yüksək dağlıq ərazilərdə gecə 5-10° şaxta, gündüz 0-3° isti təşkil edəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}