14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Rusiyada 7 yaşlı qızı zorlayan Azərbaycan vətəndaşına hökm oxunub
Tarix: 27-10-2018 13:58 | Bölmə: Cəmiyyət
Rusiyada 7 yaşlı qızı zorlayan Azərbaycan vətəndaşına hökm oxunub

Belqorod vilayətində 7 yaşlı qızı zorlamaqda ittiham olunan 51 yaşlı Azərbaycan vətəndaşı 15 il azadlıqdan məhum olunub.

Reyting.az Rusiya mediasına istinadən bildirir ki, adı açıqlanmayan həmin kişi cəzasını ciddi rejimli həbsxanada çəkəcək.

Məlumata görə, 51 yaşlı kişi küçədə tanış qızla rastlaşıb.

O, qızı maşına mindirərək yaşayış məntəqəsindən kənara aparıb.

Bundan sonra 7 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edərək onu zorlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}