Ukrayna ordusunun 615 hərbçisi intihar edib
Tarix: 27-10-2018 15:13 | Bölmə: Cəmiyyət
Ukrayna ordusunun 615 hərbçisi intihar edib

Ukraynanın baş hərbi prokuroru Anatolu Matios Donbasdakı qeyri-hərbi döyüş itkilərini açıqlayıb.

Reyiting.az Ukrayna mediasına istinadən bildirir ki, onun sözlərinə görə, ölkənin qeyri-hərbi döyüş itkiləri 2700 nəfər olub.

- Dörd il ərzində 2700 nəfər qeyri-hərbi döyüş zamanı həyatını itirib. Onların 891 nəfəri xəstəlikdən, 318-i yol qəzasında həlak olub. 177 nəfər bədbəxt hadisələrin, 175-i zəhərlənmədən (narkotik, spirtli içkidən) həyatını itirib, 172 nəfər silahla ehtiyatsız davranmaq, 101 nəfər təhlükəsizlik tədbirlərinin pozulmadı nəticəsində ölüb. 228 nəfər öldürülüb, 615 nəfər intihar edib, - Matios vurğulayıb.

Matios qeyd edib ki, intiharların yalnız üçdə biri əməliyyatlar zonasında xidmət çəkəndə baş verib.

Ukrayna ordusunun 615 hərbçisi intihar edib

- İntihar – dəhşətli problem və böyük faciədir, - prokuror qeyd edib.

Luqansk və Donetsk “xalq respublikaları”ndakı separatçılarla Ukrayna Silahlı Qüvvələrinin Milli qvardiyası arasında hərbi münaqişə Ukraynanın cənub-şərqində 2014-cü ilin aprel ayında başlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}