16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
ABŞ-da naməlum şəxs sinaqoqda qanlı qırğın törədib - Yenilənib
Tarix: 27-10-2018 19:23 | Bölmə: Cəmiyyət
ABŞ-da naməlum şəxs sinaqoqda qanlı qırğın törədib

Pittsburqda (Pensilvaniya ştatı) kişi sinaqoqda atəş açıb.

Reyting.az bildirir ki, polis 4 nəfərin öldüyünü təsdiqləyib,

Digər məlumata görə, ölənlərin sayı 7, yaxud 8 nəfər ola bilər.

Şahidlər deyib ki, hücum edən polislərə atəş açıb. Nəticədə atışma başlayıb.

Hücum sinaqoqda şənbə duaları keçiriləndə baş verib.

Polis Pittsburq sakinlərini evlərindən çıxmamağa çağırıb. Sinaqoq yaxınlığında yerləşən Karneqi-Mellon universiteti bağlanıb, tələbə və əməkdaşlara binanı tərk etmək qadağan olunub.

19:36

Pittsburqda sinaqoqda atəç açmaqda şübhəli bilinən kişi saxlanılıb, onun yaralandığı bildirilir. Hadisə nəticəsində 8 nəfər ölüb.

Polisdən verilən məlumata görə, 8 nəfər sinaqoqun ərazisində və zirzəmidə öldürülüb. Yaralananların sayı haqqında hələ ki məlumat verilmir.

Sinaqoqa hücum yerli vaxtla səhər saat 10 radələrində, binada çoxlu adam olanda başlayıb.

Polislər sinaqoqa yaxınlaşanda həmin şəxs onlara atəş açıb və atışma başlayıb.

İlkin məlumata görə, iki polis əməkdaşı yaralanıb.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}