Ermənistanda Rusiya hərbi hospitalının rəis müavininə məxsus avtomobil yandırılıb
Tarix: 28-10-2018 01:36 | Bölmə: Cəmiyyət
Ermənistanda Rusiya hərbi hospitalının rəis müavininə məxsus avtomobil yandırılıb

Gümrü şəhərindəki Muş polis şöbəsində oktyabrın 26-da qeydə alınan hadisə ilə bağlı material hazırlanır.

Reyting.az Ermənistan mediasına istinadən məlumat verir ki, saat 12:50-də Muş polis şöbəsinə Rusiya vətəndaşı, Gümrü şəhərindəki 8-ci hərbi məhəllənin sakini, 38 yaşlı Maqomed Maqomedov müraciət edib.

O, yaşadığı evin əks tərəfində ona məxsus “Nissan Teana” avtomobilinin yandırıldığını bildirib.

Maqomedovun sözlərinə görə, avtomobilinin yandırılması nəticəsində ona 3 milyon dramlıq zərər dəyib.

Maqomedovun Rusiyanın Ermənistandakı N saylı hərbi hissəsinin hərbi hospitalının rəis müavini işlədiyi bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}