Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşub – Yaralı var
Tarix: 28-10-2018 13:11 | Bölmə: Cəmiyyət
Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşub

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
Report-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində R. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.

Xəstəxanadan “Report”a bildirlib ki, R. Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşub




Bölməyə aid digər xəbərlər
11-04-2024, 18:09 Bakıda qətl törədilib
10-04-2024, 12:15 Sabah yağış yağacaq

{sape_links}{sape_article}